Archive for January, 2012

Saçın ucun hörməzlər… Gülü sulu dərməzlər…

Həyat həqiqətən marağlı, qeyriadi və qəribə bir şeydi. Məncə hər insanın ömründə, belə bir qanma anı gəlir. Kimdəsə tez – tez, kimdəsə tək ölümündən əvvəl, amma istər – istəməz gəlir. Bunun əsasında, müəyyən qanma müddətdən keçib deyə bilərəm ki, bəzi hadisələri heç cür qanmaq olmur. Hərdəndə fikirləşməyədə güc çatmır və bezib sadəcə yola verirsən, amma yenə də cavabı tapmayana qədər, elə bil qurd yeyir beynivi.  Bəzən də öz fikirlərindən qorxmağa başlayirsan. Sadəcə düşünürsən, görəsən məndə bu qədər cəsarət çatacaq bunu həyata keçirtmək  üçün? Bir çox hörmət etdiyim dostum mənə dedi: ” Bu qədər əzab çəkirsənsə, sadəcə o istədiyini elə”. Və sadəcə etdim…və, sadəcə ürəyimi boşalda bildim…və, indi əzab çəkmirəm.

Bir insanın həyatından parça danışım sizin üçün… Continue reading

Din – inamın yayılmış surroqatıdır…

Din – inamın yayılmış surroqatıdır.

Oskar Uald

Belə bir tədqiqat apardım və nəticədə aldım ki mənim həyatımı dinə münasibətimə görə iki dövrə ayırmaq olar. Birinci dövr elə bil uşaqlıq vaxtlarım, ay nəbilim valideinlər və cəmiyyət deyirlər var, inanmalisan, biz hamımız müsəlmanığ filan. İkinci dövr, dayağı olmayan inamın yox olması…

Bir dəfə 2ci ya 3cü sinifdə kulon geyinmişdim, 4 ləpəli gülə oxşayırdı, amma sinif yoldaşlarım onuda şişirdə bildilər və məni xaç taxan çıxartdılar. Ürəyim çox sıxılırdı, heç cür başa düşə bilmirdim niyə eyni yaşlı uşaqlar bir birindən özünü fərqləndirməyə çalışırlar, niyə başqaları alçaldırdılar. Gör bu uşaqların necə yaşından zombiləşdirməyə başlayırlar.

Continue reading