Heç vaxt demədiyim şeylər…

Yəqin bloqumu oxuyanlar bilir ki mən Dalğaçıyam və xəbərləri var ki bu ilin seçkilərinə qatılmışdım. Qələbəyə çatmadımsa da bu iki ay ərzində yaşadığım heç bir saniyəsinə də peşman deyiləm.

Öz çıxışmı dərsdə oturanda yazmışdım. Belə oldu ki mən səhər oyananda, universitetə gedəndə, işdə, dostlarımla, sevgilimlə bir yerdə olanda Dalğanı fikirləşirdim. Nəticə məğlubiyyət olsada bu hisslər hələdə qalıb.

İstıyirəm çıxışımı siznən bölüşüm:

Hamınızı salamlayıram və dəyər verib gəldiyinizə görə minnətdarlığımı bildirirəm. Bu gün Dalğa GH-nın qurultayında bu qədər bizimlə maraqlanan insan görməyimə çox şadam.
Dalğadan əvvəl mən 2 il Flashmob Azerbaijanın ən aktiv üzvlərdən biri idim. Və məhz FA-nın vasitəsiylə Dalğa ilə daha yaxın tanış ola bıldim.
Dalğaya gəldiyim birinci gün 12 fevral 2011ci il, yəni keçən ilin seçkilər günü idi.
Gülməli bir məqam danışim sizə. Mən “hərəkat” sözünü bilmirdim və ağlıma batmışdı ki bu çıxış edənlər görəsən niyə “hərəkət” demirlər, səhv buraxırlar. Məni də ora gətirən qizların hamısı rus dilli idi və onlardan bunu soruşmaq sadəcə mənasız idi. Dalğaya gəlməyimin əsas səbəblərdən biri də mənim dil məsəlm idi və bu sahədə Dalğa mənə çox böyük kömək göstərdi, bül-bül kimi danışmıasamda, bu qədər auditoriyanın qarşısında artıq sərbəst çıxış edə bilirəm.
Dalğa mənə həmdə ən yaxın dostlarımı bəxş etdi, gözəl fəlsəfi komanda hədiyyə etdi. Özümü özümə daha güclü və qabıliyyətli hiss etdırdi. Mən başa düşdüm ki Dalğa sadəcə təşkilat deyil, bu həyat tərzidir və bəziləri üçün də həyatın özüdür.

Fevralın ortasında mən Gürcüstana səfərə getmişdim. 12 nəfərin içində 5 iştirakçıı dalğaçı idi. Axşamlar restoranda hamı içkili vəziyyətdə şənlənirdi. Və ancaq biz Dalğadan söhbət edirdik. Bir Dalğaçı mənimlə öz təcrübəsini bölüşərkən, məni ağlatdı, rastlaşdığı çətinliklər və onlara qarşı apardığı mübarizə haqda danışırdı. Əylənən camaatın içındə bircə biz ikimiz belə təsirlənmişdik…
Sonra isə xarıcdə qalan bir Dalğaçı ilə söhbət edirdim, bu insan Dalğada bütün işlərini buraxmışdı, və artıq çoxtandır ki başqa təşkilatın İdarə Heyyətində idi, amma nəqədər də özünü pofiqist göstərsə də, bir səmimi sözü ondan ala bildim, və o söz: “Dalğa mənim balamdır” idi.
Çıxışımı lirik ricət ilə bitirmək istəyərdim:
Dalğaya qoşulanda, onun ləpələri səni bütün tərəflərdən incəliklə və böyük qayğı ilə bürüyürlər. Onların hamısı ayrı-ayrı dənizlərdən və okeanlardan götürmələrdir. Hərdən onları fırtınalar coşdurur və onlar yolunda hər şeyi yıxırlar , sonra isə sakitləşırlər və yumşaq sahil küləyindən həzz alırlar. Amma onlar üçün sənin hansı cərəyandan gəlməyin, heç də əhəmiyyətli deyil, ən vacibi odur ki, daha sonra siz bir istiqamətdə hərəkət edəcəksiniz, siz bir dalğada olacaqsınız…
Təşəkkür edirəm.

Niyə bəs yazımın adı “Heç vaxt demədiyim şeylər”dir? Ona görə ki təbiətimə görə kimisə sevəndə, mən öz hisslərimi gizdədirəm və bu çıxış sadəcə mənə çox yaxın olmayan dalğaçılar üçün bir etiraf idi.

  1. Deməli Qabimiz geri qayıdır??? =)

  1. No trackbacks yet.

Leave a comment